İş adamı Pərvanə İsgəndərova:“Elmar Vəliyev tarixi abidələri məhv edir”-VİDEO

0
5

Gəncənin icra başçısı sahibkar Pərvanə İsgəndərovanın mülkünü sökdürüb yerində özünə ticarət mərkəzi tikdirir…

DSC00976

İş adamı Pərvanə İsgəndərova və vəkili Əlibaba Rzayev

 

Gəncə şəhər Apellyasiya Məhkəməsində sahibkar Pərvanə İsgəndərovanın Gəncə şəhər İcra hakimiyyətinə qarşı irəli sürdüyü iddia tələbi üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsinin qərarından sahibkar tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Şamil Rzaquliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında iddiaçı tərəfin vəkili Əlibaba Rzayev bir neçə vəsatət qaldıraraq, iş üzrə qərar qəbul etmək məqsədilə müvafiq sənədlərin məhkəməyə gətirilməsini hakim heyətindən xahiş edib: “Sahibkar Pərvanə İsgəndərova mülkiyyət hüquqlarını bərpa etmək üçün sonadək mübarizə aparmaqda israrlıdır.”

Qeyd edək ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhər Cavadxan 34 ünvanında yerləşən XIX əsrə məxsus tarixi abidəni sökərək, yerində 840 kvadrat metrlik sahəsi olan biznes mərkəzinin tikintisini aparır. Həmin tarixi abidə eyni zamanda orada iş fəaliyyətini davam etdirən bir neçə sahibkarın əlindən alınıb. Bütün rəsmi sənədlər əsasında mülkiyyət hüququna malik olmalarına baxmayaraq, sahibkarlar  məhkəmələrdə mülkiyyət hüquqlarını bərpa etməyə məcbur ediliblər.

Hüququ pozulan tərəflərdən biri olan İlqar İbrahimovun sözlərinə görə, ona məxsus iki fotoatelye də Elmar Vəliyev tərəfindən heç bir xəbərdarlıq edilmədən sökdürülüb. Uzun proseslərindən sonra isə məhkəmə qərar qəbul edib.

Daha bir xatırlatma:

İlham Əliyev ötən il oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib: «Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır».

ELMAR 1

Sahibkarın qanuni mülkünü sökən Elmar Vəliyev

 

Buna baxmayaraq, Gəncə şəhər icra hakimi Elmar Vəliyevin əmr və sifarişlərini həyata keçirən yerli hüquq mühafizə orqanları, eyni zamanda məhkəmə hakimləri sahibkarların əleyhinə qərarlar çıxarır və onların mülkiyyət hüquqlarını pozmaqda davam edirlər.

28 iyunda baş tutan Apellyasiya məhkəməsində hakim bir çox pozuntularla başlayıb işə. Şamil Rzaquliyev heç bir əsas olmadan müdafiə tərəfinin təqdim etdiyi bütün vəsatətləri rədd edib, özünü Gəncə şəhər icra hakimiyyətinin başçısının vəkili kimi aparıb (Şamil Rzaquliyev hakimliyə vəkillikdən gəlib – Red) və prosesdə iştirak edən mətbuat işçilərini əsassız olaraq məhkəmə zalından çıxarıb. Vəkil Əlibaba Rzayev bundan sonra hakimlər heyətinə etiraz edib. Bundan sonra prosesdə saat 17.40-a qədər fasilə verilib. Fasilədən sonra hakim Şamil Rzaquliyev Gəncə Apellyasiya məhkəməsinin sədri Tapdıq Mahmudovun qərarını açıqlayıb və vəsatəti rədd edib.

hakim samil rzaquliyev

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Şamil Rzaquliyev

 

Məhkəmə 8 iyul saat 14:30-da Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim Şamil Rzaquliyevin sədrliyilə davam etdiriləcək.

Strateq.az Gəncə Apellyasiya Məhkəməsindən videoxəbəri təqdim edir: