Azərbaycandan İstanbula səfər edənlər biletini geri qaytardı

0
4

İyunun 28-də İstanbuldakı Atatürk hava limanında baş verən terror hadisəsindən sonra Azərbaycandan İstanbula səfər edəcək çox az sayda şəxs öz biletini geri qaytarıb.

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Atatürk hava limanında aviareyslərin təxirə salınması ilə əlaqədar tranzit uçuşlardan istifadə edən bəzi şəxslər biletlərini başqa istiqamət üzrə dəyişiblər:

“Biletlərini qaytaranlar və dəyişdirənlər var. Bunlar da Antalyaya və digər ərazilərə deyil, İstanbula gedənlər olub. Amma onların da sayı azdır”.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.