Uşaq çiməndə su udarsa… Təhlükəli fəsadlar

0
4

Valideynlərin əksəriyyəti səbirsizliklə yayı gözləyir. Axı dəniz, isti qum, günəş uşağın sağlamlığı üçün olduqca faydalıdır.

Lakin uşaqlarla dənizdə dincəldikdə çox ehtiyatlı olmaq lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada suda boğulma uşaq və cavanların ölümünün ən yayılmış 10 səbəblərindən biridir. Əsas risk qrupu – 5 yaşına qədər olan uşaqlardır.

İstənilən yaşda olan uşaq dənizə yalnız böyüklərlə girməli, daim nəzarətdə olmalıdır. Uşağın əyninə mütləq xüsusi qoruyucu jilet taxmaq lazımdır.

Suda boğulmadan əlavə uşaqları suyun orqanizmə düşməsindən qorumaq lazımdır. Bəzən uşaq böyüklərin ehtiyatsızlığından suyun altına gedir və çoxlu su udur. Bu çox təhlükəlidir. Dəniz suyunun çoxlu miqdarda udulması bağırsaq infeksiyasına səbəb ola bilər. Bu halda uşaqda ishal, qusma inkişaf edir, bədən hərarəti qalxır.

Digər tərəfdən uşağın suyu udması nəticəsində suyun az hissəsi ağciyərlərə düşə bilər ki, bu da çox təhlükəlidir. Suyun ağciyərlərə düşməsi uşaqda pnevmoniyanın (sətəlcəm) inkişafına səbəb ola bilər. Sətəlcəmin ilk simptomları arasında:

– yüksək hərarət (40-41 C qədər)

– zəiflik

– nəfəsalmanın çətinləşməsi

– tərləmənin artması

– öskürək

– iştahasızlıq və s.

Pnevmoniya uşaqlar üçün çox təhlükəlidir və vaxtında müalicə olunmadıqda uşağın həlak olmasına səbəb ola bilər.

Pnevmoniyanın inkişafından əlavə suyun ağciyərlərə düşməsi uşağın yaxın 24-48 saat ərzində ölməsinə səbəb ola bilər. Buna “quruda boğulma” deyilir. Bu çox nadir hal olsa da heç bir böyük və xüsusilə də uşaq ondan sığortalanmayıb.

Suyun ağciyərlərə düçməsinin simptomları:

– nəfəsalmanın çətinləşməsi

– döş nahiyəsində ağrılar

– ani zəiflik, halsızlıq (məsələn, bundan əvvəl qaçıb-oynayan uşaq, birdən uzanır)

– hərarətin bir qədər yüksəlməsi

– ürəkbulanması

– davranışın pozulması – diqqətsizlik, unutqanlıq və s. Bu oksigenin beyinə çatışmamazlığının əlamətidir.

– “səbəbsiz”, keçməyən öskürək.

Uşağınızda bu simptomları gördükdə, dərhal həkimə müraciət edin.