Türkiyədə matəm elan olundu:Ölkədə və xaricdəki diplomatik nümayəndəliklərdə dövlət bayrağı yarıyadək endirildi

0
4

Dünən İstanbulun Atatürk Hava Limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar Türkiyədə bir günlük matəm elan olunub.

İyunun 29-da bütün ölkədə və xaricdəki diplomatik nümayəndəliklərdə dövlət bayrağı yarıyadək endirilib.

Ən son məlumata görə, terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb. Həlak olanlardan 10-u xarici, 3-ü isə ikili vətəndaşlığı olan şəxsdir. Yaralıların 109-u evə buraxılıb. Hazırda 130 yaralı həkim nəzarətindədir.