Neftin qiyməti 51 dollara qalxdı –Dünya bazarında son durum

0
4

Bu gün neftin qiyməti ABŞ-ın enerji xammalı ehtiyatları barədə məlumatlar fonunda artmaqda davam edir.

“Brent” markalı neftin qiyməti Böyük Britaniyada iyunun 23-də “Brexit” üzrə referendumun keçirildiyi gündən ilk dəfə olaraq bir barel üçün 51 dollar göstəricisinə çatıb.

Bakı vaxtı ilə saat 22.04-ə olan vəziyyətə görə, “Brent”in sentyabr fyuçerslərinin qiyməti 3,59% artaraq bir barelə görə 51,03 dollara çatıb. Eyni zamanda WTI yüngül neftinin avqust fyuçersləri 3,72% bahalaşaraq bir barel üçün 49,63 dollar təşkil edib.