Səhiyyə Nazirliyi poliklinika və xəstəxanalara tapşırıq verib

0
5

Bu ilin ilk yarısında təkcə bir xəstəxanaya səhhətində problemləri olan 4500-dən çox uşaq gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Elmi-Tədqiqat Pediatriya Institutuna gətirilən uşaqların əksəriyyəti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkib. Poliklinikalara müraciətlərin də statistikası bəlli olub. İlin ilk yarısında 10530 uşaq müayinədən keçirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, prezidentin 150 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrası məqsədilə poliklinika və xəstəxanalara tapşırıqlar verib. Tapşırıqların hansı səviyyədə yerinə yetirildiyi isə yoxlanılır. Nazirlik dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatın uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılmasını araşdırıb. Eləcə də sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.