Avro-2016: İngiltərədən gözlənilməz məğlubiyyət,islandlar tarix yazdı

0
3

Ötən axşam “Avro-2016″nın 1/8 final mərhələsində İngiltərə – İslandiya milliləri qarşılaşıb.

Oyunun 4-cü dəqiqəsində İngiltərə oyunçusu Ueyn Runi hesabı açıb. Ancaq bu qoldan 2 dəqiqə sonra Raqnar Siqurdsson bәrabәrlik qolunu vurub – 1:1.

18-ci dəqiqədə Kolbein Siqthorsson 2-ci qolu vurur. Bununla da oyun 2:1 İslandiyanın qələbəsiylə başa çatıb.

İngilislər bununla da növbəti dəfə uğursuzluq zolağından çıxa bilməyiblər. İslandlar isə tarixlərində ilk dəfə 1/4 finala çıxıblar.