Ermənistanda səfərdə olan Roma Papası Fransisk Yerevandakı “Sisernakaberd” xatirə kompleksini ziyarət edib.
Virtualaz.org xəbər verir ki, burada dünya katoliklərinin lideri “erməni soyqırımı” qurbanlarının xatirəsini yad edib.
Pontifik çələngin önündə 1-2 dəqiqə dayandıqdan sonra əbədi məşələ ağ və sarı rəngli iki qızılgül qoyub.
Roma Papasını erməni katolikosu İkinci Qaregin müşayiət edib.