İran İslam Respublikası ilə Azərbaycan arasında olan ortaq tarixi mədəni dəyərlər (Novruz bayramı, dil, din və etnik cəhətdən yaxınlıq) və coğrafi baxımdan qonşu olmağımız bu ölkədən olan turistlərin Azərbaycana səfərini stimullaşdırır.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ötən ilin ilk 5 ayı ərzində İrandan Azərbaycana səfər edən xarici vətəndaşların sayı 61 096 nəfər, 2016-cı ildə isə 74 890 nəfər olub və nəticədə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23 faiz artıb.
Qeyd edək ki, İrandan gələn xarici vətəndaşların səfəri daha çox Novruz bayramına təsadüf etdiyi üçün ən çox artım 87 faiz olmaqla mart ayıda qeydə alınıb.