Avtomobil yolları Nəqliyyat Nazirliyinin balansından çıxarıldı

0
3

Azərbaycanda dövlət mülkiyyətində olan ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyinin balansından çıxarılıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bundan sonra ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olacaq.