Bloomberg (ABŞ), 24.06.2016
Bu, baş verməməli idi. Birləşmiş Krallığın baş naziri Devid Kemeron 3 il öncə Avropa Birliyinə üzvlük haqda məsələ üzrə referendum keçirməyi vəd edərkən qələbəyə əmin idi. Lakin bu ölkənin vətəndaşları baqşa qərar qəbul etdilər. Birləşmiş Krallıq iyunun 23-də AB-dən çıxmağa səs verdi. Bu seçim fövqəlönəmli oldu və pis mənada. Britaniya iqtisadiyyatı üçün birbaşa risklər olduqca ciddidir, çünki referendumun nəticələri böyük qeyri-müəyyənlik doğurub. Və təbii ki, bu, Böyük Britaniyanın Avropa və bütün dünya ilə iqtisadi münasibətlərini hansı ticari sazişlərin idarə edəcəyi aydınlaşmayınca uzun müddət qalacaq. Buna Birləşmiş Krallığın daxilində siyasi sabitsizlik ehtimalı da əlavə olunur. Əslində, Kemeron ümumilli etimad rəyini uduzub və cümə gün istefasını elan etdi. Britaniya parlamentinin əksər üzvləri – həm leyboristlər, həm də mühafizəkarlar – “Qalmaq” kampaniyasının tərəfdarı idilər. Seçicilər gələcəkdə onlara etibar edə bilərmi? Şotlandiya AB-də qalmaq uğrunda çıxş etdi və bununla bağlı Şotlandiyanın müstəqilliyinə çağırışlar yeni qüvvə ilə səslənə bilər. Bu referendumun nəticələri Birləşmiş Krallığı təməlinə qədər sarsıdacaq.
Birləşmiş Krallıqda referendumun Avropa Birliyinə təsiri də bir o qədər dağıdıcı ola bilər. Böyük Britaniya AB-nin yalnız bur üzvüdür, lakin ən böyük və nüfuzlu üzvdür. Avropa Birliyini bu cür tərk etməyi qət edən ölkə olmaqla mümkün hər şeyi edərək sübuta çalışacaq ki, çıxmaq düzgün qərardır. Və proqnozlara rəğmən buna nail olsa, AB-nin digər üzvləri onun nümunəsini təqlid etmək istəyində ola bilər. Antiavropa əhvalı təkcə Böyük Britaniyada yayılmayıb. Pew mərkəzinin bu yaxınlarda keçirdiyi sorğunun nətcələrinə əsasən, AB-nin üzv ölkələrində hər ikinci sakin ona mənfi yanaşır. Sorğulananların, orta hesabla, 42%-i istəyir ki, bütün səlahiyyətlər milli hökumətlərə qaytarılsın və yalnız 19% hesab edir ki, AB-yə daha böyük səlahiyyətlər vermək lazımdır. Bu gün Avropa Birliyi ideyası Böyük Britaniyadansa Fransada daha az dəstək tapır. Hazırda İspaniyada seçkilərə, İtaliyada isə konstitusiya islahatları haqda məsələ üzrə referenduma hazırlıq gedir. Breksitin nəticələri bütün Avropaya təsir edəcək.
Sonra günahkaların axtarışı məqamı çatacaq və günahlar hamıya bəs edəcək. Hələlik indiki qeyri-müəyyənlik şəraitində sakitliyin bərpası prioritet olmalıdır. Bunun üçün tərəflərdən hər birinin rəqib qalib gələcəyi halda qiyamət qopacağı haqda peyğəmbərlik etdiyi kampaniyaların ritorik əyintisindən imtina etmək lazımdır. Hazırda rabitəsizliyi deyil, varisliyi vurğulamaq zəruridir.
Böyük Britaniya Avropa Birliyindən çıxmağa hazırlaşarkən Avropa bazarında Norveç və İsveçrə üçün müəyyən edilmiş əlverişli şərtlərə oxşar çıxışa nail omağa cəhd edəcək və bu çıxışı ona mümkün qədər tez təqdim etmək lazımdır. Bu məsələ qarşılıqlı maraqların ən önəmlisidir.
Bunun baş tutmağı üçün Birləşmiş Krallıq Avropa Birliyində qüvvədə olan bir sıra qayda və normalara razılaşmalı olacaq. Tərəflərdən heç biri dəyişilmiş şəraitə uyğunlaşma mərhələsində maksimal mövqe tutmamalıdır. Referendumun nəticələrinin düzgünlüyünə uydurma əminlik seyrələndən sonra güzəştlər aramaq lazım gələcək.
Əlbəttə, Böyük Britaniyanın AB üzrə keçmiş tərəfdaşları Birləşmiş Krallığı cəzalandırmaq və bu qayda ilə tərkibdən çıxmaq istəyən başqa üzvləri qorxutmaq istəyəcək. Bunu etməyinə dəyməz. Birincisi, güman etmirəm ki, cəzalandırmaq cəhdi AB daxilindəki xeyli problemlərlə bağlı narazılıq yaşayan digər üzv ölkələrin sakinlərinə AB-yə inam təlqin etsin. İkincisi, ona görə ki, referendumun nəticələrinə baxmayaraq, Birləşmiş Krallıq və Avropa Birliyi yaxın dost və müttəfiq ola bilər və olmalıdır. Bu yeni münasibətləri qurmağın vaxtı yetişib.
Yəqin ki, bu yeni durumun təhlükələri meydana çıxan imkanlardan ağır gəlir. Lakin bu cür imkanlar həqiqətən meydana çıxıb və bundan istifadə etmək lazımdır. AB öz keçmiş üzvünə qarşı hansı mövqe tutur-tutsun, birlik daxilində çoxalan antiavropa əhvalının gücünü etiraf etməli və bununla mübarizə üçün tədbirlər görməlidir. Ola bilsin, Breksit həmin ən zəruri təkan olacaq. Avropa liderləri narazılığın mövcudluğunu qəbul etmək və uyğun tədbirlər görməyə deyil, uzun müddət narazlığa etinasız yanaşmağa üstünlük veriblər.
Böyük Britaniyadakı referendumun nəticələri göstərdi ki, bu cür özündən razılığın qiyməti nə qədər ağır ola bilər. Birləşmiş Krallığın çıxışından ziyanı cüziləşdirmək və bu cür gələcək referendumları önləmək üçün Avropanın artıq indi dəyişilməyi gərəkdir.
Tərcümə Strateq.az-ındır.