Ankarada yerləşən xəstəxanalardan birində silahlı insident yaşanıb.
Hadisə Ankara Universitetinin Tibb fakültəsinin Cebeci xəstəxanasında qeydə alınıb.
Məlumata görə. Xəstəxana işçiləri arasında yaranan mübahisə sonradan böyüyüb. Əməkdaşlar bir-birinə silahla atəş açmağa başlayıb. İnsident nəticəsində 3 nəfərin öldüyü, 1-inin isə yaralandığı bildirilir.