Türkiyə otelləri “Hər şey daxil” sistemindən imtina etmək niyyətindədirlər

0
3

“All inclusive” (“Hər şey daxil” – red.) sistemi turizm sektorunun gəlirlərini azaldır.

Bunu Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının sədri Bəşər Ulusoy “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “All inclusive” sistemi ailəvi istirahətə üstünlük verən turistlərə hesablanıb. “Bu cür turistlər qiymətlərə həssasdır. Bu baxımdan otellər qiymətləri qaldıra bilmir. Lakin həmin otellərin xərcləri ilbəil artır. Buna görə, “All inclusive” sistemi ilə işləyən otellərin sayını tədricən azaltmaq lazımdır”, – deyə sədr bildirib.

Bundan başqa, B.Ulusoy qeyd edib ki, otellərin gəlirlərinin azalması dövlət büdcəsinə turizmdən daxil olan gəlirləri də azaldır.