-
Ramiz Tağıyev“İddialar məngənəsində bogulan “azadlıq aşiqi”ll yazı.
-
(əvvəli bu linkdə:http://milletim.info/2016/06/23/nem%C9%99t-p%C9%99nahlinin-turkl%C9%99r%C9%99-nifr%C9%99tinin-kokund%C9%99-n%C9%99-durur/)
Bəli,cənab Nemət Pənahlı, yağlı cücəplovu birgə yediyin İran ayətullahları Türkiyə və Türklər əleyhinə eynən sənin kimi təbligat aparırlar. Yalanlarını sırımaq üçün də Həzrəti Abbasın qələm qollarına dəqiqəbaşı and verməkdən belə çəkinmirlər. Sual dogur; nədən “azadlıq aşiqi” Türkiyəni hədəf seçib, ermənilərin işgal etdiyi rayonlarımızı yağmalamaqda əzəli düşmənlərimizə şəriklik edən İranın şovinist rejimi barədə söhbət açmağı lazım bimir?!
Axı o,bilməmiş deyil ki, Naxçıvandan Türkiyəyə yol açan Ümid körpüsü olmasaydı, hansı müsibətləri yaşaya bilərdik. Mən, o günlərin şahidiyəm ki, ermənilər İranda sərbəst gəzib, dolanıb, istədiklərini yığıb-yığışdırıb apara bildikləri halda, fars şovinistləri bizlərin ciblərini eşələyib, qoyduqları ölçüdən artıq nə isə keçirəcəyimizdən əndişələnirdilər. Bugün on minlərlə soydaşımız Türkiyədə rahat yaşayır, çalışır və ya sərbəst ticari əlaqələr qura bilirlər. Zaman artıq dəfələrlə kimin dost, kimin düşmən olduğunu təsdiqləyib. Türkiyə bizim üçün ən doğma məkan olaraq qalmaqdadır. Böyük Atatürk demişkən “Türkün Türkdən başqa dostu yoxdur”. Varsa, buyur göstər, cənab Pənahlı! Türkiyə barəsində yazdıqları başdan-başa cəfəngiyyat olduğundan əlavə şərhə ehtiyac duyulmadığı qənaətindəyəm.
Yalan burulğanından qurtulmaq istəməyən “azadlıq aşiqi”Nemət danışır, danışdıqca mənəm-mənəmlik xəstəliyini gizlədə bilmir. “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə onun xarakterik xüsusiyyətlərini birmənalı aşkarlayır. Jurnalistin “Siz bu həqiqətlər ortaya çıxandan sonra təmizə çıxacağınıza əminsinizmi?” -sualına “azadlıq aşıqi” görün birnəfəsə necə cavab verir: “hesab etmirəm ki, təmiz deyiləm və təmizə çıxacağam. Mən Milli azadlıq hərəkatına başlayan adamam. Azərbaycanda Lenin meydanının adını dəyişib Azadlıq meydanı qoyan mənəm. Milli azadlıq mübarizəsini bəyan edən insan mənəm. Bütün həyatım boyu milli azadlıq mübarizəsi aparan mənəm.Ən azı yetmiş il şairlərimiz,yazıçılarımız tərəfindən “ağ atlı oglan hardadır,gəlsin bu simləri söksün” – kimi şeirlər,romanlar, nələr yazılıb. Bu sərhədləri həyatını riskə qoyub, ölümü gözünün qabağına alıb dağıdan insan mənəm”.Bax, budur Nemət Pənahlı! Azadlıq mübarizəsi apardığını bəyan edib, yalanlarınına əsir düşmüş zavallı! İnkar etməmişəm, bu adamın “meydan hərəkatı”nda rolu olub. Bununla belə Nemət 1988-ci ilin dekabrından bu yana heç nəyə iddia edə bilməz. Həmin tarixdən sonra o, bir adla xatırlana bilər-Milli Azadlıq Hərəkatının fərarisi! Onun sonrakı “mübarizə”si yalnız azadlıq mübarizəsinin öndərlərinə qarşı olub. Öndə olmaq “xəstəliyi”nə rəğmən, atdığı hər addım faciələrə yol açıb. Yaratdığı “Milli Müdafiə Şürası” cəmi bir həftəlik missiyasını 20 Yanvar qətliamını törətmək istəyənlərə yardımçılıq etməklə bitirdi. Qeyd etmişəm, həmin “Şura” Vəzirovun və o zaman Azərbaycanda imperiya canişini rolunu oynayan Polyaniçkonun tövsiyyəsi, “xeyir-duası”yla yaradılmışdı. Məqsəd AXC-ni parçalamaqdı.Sirr deyil ki, həmin “missiya” cəmi bir həftə davam etdikdən sonra, Nemətin səsi İrandan gəldi. Daha öncə isə mikrofona vurğunluğu mitinqlərin uzanmasına səbəb oldu ki, 4 dekabr 1988-ci il tarixində rus ordusunun meydana daxil olub, nümayişçiləri qanına qəltan etdiyi zaman Neməti gördüm deyən olmadı. Nəticə bəllidir, Bakıda komendant saatı tətbiq edildi. “Azadlıq aşiqi” birdə 1993-ci il- Gəncə qiyamı ərəfəsində görünməyə-Bakı-Gəncə-Bakı marşurutuyla hərəkətə başladı ki, nəticəsi hər kəsə bəllidir. Onu dəqiq bilirəm ki, Surət Hüseynovla istənilən razılığa gəlmək olardı, Nemət olmasaydı. O, yalnız mən, mən və yenə də mən deyə bilir ki, bunu da öz xislətinə uyğun sıralamaqdadır.“Ag atlı oğlan” yoxsa dünyaya tərsi-mayallaq baxmağı xoşlayan saqqalı “uşaq”?!…Və nəhayət gələk “ağ atlı oğlan”ın yalanlarının “pik” nöqtəsinə. Adam yenə özünəməxsus pafosla söyləyir; getdim, sərhəd simlərini sökdüm, gəldim.” Bununla da o,”Sərhəd hərəkatı”nın xaotik bir proses olduğunu təsdiq etməyə çalışır. Nemət artıq neçə illərdi ki, sözün əsil mənasında plagiatlıq edərək, bu möhtəşəm hərəkatın ideya müəllifliyinə iddia edir. Burada Nemət və İran ayətullahlarının tez-tez istifadə etdikləri and yerinə düşər; yalançını Həzrəti Abbasın qələm qolları deşik-deşik etsin!“Sərhəd hərəkatı” düz iki il proqramlı, planlı apardığımız mübarizənin uğurlu nəticəsi idi. Culfada başlayıb, SSRİ imperiyasını lərzəyə salan dəmiryolçuların davamlı tətillərinin qarşısını almaq üçün ard-arda Culfaya təşrif buyuran imperiya rəhbərləri qarşısında qaldırdığımız tələblərin uğurlu sonucuydu. Protokollar imzalanmış, beynəlxalq hüquqi normativlər ortaya çıxarılmış, sözün əsil mənasında sərhəd simlərinin qanunsuz olması barədə hüquqi baza yarada bilmişdik. Sadəcə olaraq imperiya rəhbərliyi vaxt qazanmağa çalışıb, müxtəlif vədlərlə aksiyanın qarşısını almaq istəyirdi. Bizlər isə öz tarixi, qətiyyətli addımımızla 1989-cu il dekabr ayının 31-də cavab verdik. Əgər, “Sərhəd hərəkatı” Nemətin söylədiyi kimi xaotik aksiya olsaydı, tökülən qanları Arazın suyu yuyub, təmizləyə bilməzdi. Məni təəccübləndirən əsas məqam odur ki, 1989-cu ilin 11 noyabrında AXC Naxçıvan Vilayət şöbəsinin l konfransında “Sərhəd hərəkatı” barədə təklifi irəli sürdüyüm zaman konfransda Əbülfəz Elçibəy, Vaqif Səmədoğluyla yanaşı Nemət də iştirak edirdi. O, konfransda ikitirəlik yarada bilsə də, “Sərhəd hərəkatı” barədə bir kəlmə olsun belə söhbət açmadı. “Ağ atlı oğlan” yalnız sərhəd simləri söküləndən sonra Naxçıvana gəlib (adəti üzrə videokamerayla-R.T) simlərin kiçik bir hissəsini götürərək Bakıya qayıtdı ki, bəs, getdim,sərhədi sökdüm, gəldim. Burada bir sual yerinə düşər; simlər söküldü, bəs Cənubi Azərbaycana sadələşdirilmiş gediş-gəliş necə əldə olundu? Xatırladım ki, 20 Yanvar faciəsindən sonra belə Culfa dəmiryolçularının tətillərini bir an belə dayandırmadıq. Tələblərimiz qüvvəsində qalırdı. Bahar bayramında Cənuba getmək şəraiti yaradılmasaydı, o taylı- bu taylı millət üsyana hazır idi. Bütün proseslər zamanı “azadlıq aşiqi” özünü yağlı plova tutuzdurmuşdu…Hələlik bu qədər, Nemət Pənahlı! Tam əminəm ki, Millətimiz yenidən sənin “ağ atlı oğlan” nağıllarına qulaq asacaq qədər sadəlövh deyil! Keçmiş olsun! Burada bir zəruri xatırlatma yerinə düşər məncə. Yaşı 55-ə az qalmış Nemət yoqayla məşgul olduğunu, 4 saat kəllə-mayallaq dura bildiyini söyləyib. İnandığım yeganə budur, çünki, danışdıqlarından müəyyən etmək çətin deyil ki, “azadlıq aşiqi” çoxdandır dünyada baş verənlərə kəllə-mayallaq baxırmış.