Xədicə İsmayıl 2500 manatlıqcərimədən azad olundu

0
3

Araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaş Xədicə İsmayılın ittiham olunduğu 147.2 maddə üzrə (böhtan) cərimə qərarı amnistiyaya düşüb.

Jurnalist bu barədə özünün “Facebook” səhifəsində yazıb:“Bu gün amnistiyaya düşmüşəm. Elman Türkoğlunun şikayəti üzrə mənə kəsilən 2500 AZN cərimə amnistiyaya düşüb. Bu gün Binəqədi icra şöbəsində amnistiya qərarını mənə təqdim edib işi bağladılar. Buna baxmayaraq, iyunun 28-də, saat 11.40-da həmin iş üzrə bəraət almaq üçün vəkilim Yalçın İmanovun şikayətinə baxılacaq”.