Türk alimlər çörəkdəki sirri tapdılar

0
3
Türkiyənin Hacəttəpə Universitetinin qida sənayesi mütəxəssisləri iki illik araşdırmalardan sonra maya ilə hazırlanan çörəkdə yüksək miqdarda “xoşbəxtlik harmonu” sayılan melatonin aşkarlayıb.
Alimlər qrupu çörəyin nə üçün min  illərdir ki, hər zaman əsas qida vasitəsi olmasını bilmək üçün elmi araşdırmalara başlayıblar. Araşdırmalar zamanı bunun əsas səbəbi kimi dünya elminin diqqətindən kənarda qalmış melatonini qeyd ediblər. Mayanın tərkibində olan bu maddə onun qabarması nəticəsində daha da çoxalır. Hacəttəpənin mütəxəssisləri laboratoriyada apardıqları təcrübəni elmi faktlarla  əsaslandırıblar. Onların sözlərinə görə, acıma zamanı əmələ gələn “xoşbəxtlik harmonu” çörək bişən zaman müəyyən qədər azalır. Amma bu azalma çörəyin çöl tərəfində qalır. Çörəyin ağ, yəni iç hissəsi isə həmin harmonları qoruya bilir.