İstanbulda sərnişin təyyarəsiqəza enişi etdi

0
3

İstanbul-Erbil aviareysi ilə uçan “Aerobus 321” markalı sərnişin təyyarəsinin sol mühərrikinin səmada dayanması səbəbindən hava gəmisi Atatürk Hava Limanına qəza enişi edib.

Rəsmi məlumata görə, İraq Kürd Muxtar Regionunun “Zagrosjet Hava Yolları”na məxsus təyyarə iyunun 22-də Türkiyə vaxtı ilə saat 05.15 dəqiqədə səmaya qalxıb. Pilot uçuşdan yarım saat sonra təyyarəni bir mühərriklə enmə zolağına çatdırıb. Göyərtədəki 96 sərnişin və heyət üzvləri ilə bağlı problem yaşanmayıb(azərtac).