İrandakı zəlzələ Naxçıvanda da hiss olundu

0
3

İyunun 22-də İranda 4,6 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzərTAc-a verilən məlumata görə, yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 kilometr cənub-qərbdə, İran ərazisində qeydə alınan yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.