Arıqladan, böyrək daşlarını təmizləyən çay…

0
3

Gilas saplağıyla hazırlanan çayın faydaları bəlkə də çoxlarına məlum deyil. İlk növbədə böyrəklərə yaxşı təsir etdiyini bildirək.

Sidik turşusunun bədəndən atılmasını təmin edir, böyrək daşı və qum yığılmasının qarşısını alır. Gilas saplağından hazırlanan çayın digər faydaları ilə sizi tanış edirik.

– Gilas saplağı qan təmizləyici xüsusiyyətə malikdir. Qandakı zərərli maddələrin atılmasını asanlaşdırır. Xolesterolu aşağı salır və ürək-damar sağlamlığına yaxşı təsir edir.

– Sakitləşdiricidir. Həddindən artıq susuzluq hiss etdikdə içsəniz, susuzluğu aradan qaldırar. Bu səbəbdən xüsusilə Ramazan ayında gilas saplağı çayına üstünlük verilə bilər.

– Sidik yolu infeksiyasına qarşı təsirlidir. Sidik sökdürücü xüsusiyyəti var.

– Gilas sapı başqa bitkilərlə qarışdırıldıqda arıqladıcı xüsusiyyətini nümayiş etdirə bilər.

Arıqladan gilas saplağı çayının resepti: 1

Lazım olan ərzaqlar:

– Gilas saplağı – 1 x.q.

– Dəfnə yarpağı- 5-6 ədəd

– Qarğıdalı saçağı – 1 x.q.

Hazırlanması:

Bütün bitkilər 1/2 litr suya əlavə edilir və qaynadılır. Bu qarışıq yeməklərdən 1 saat əvvəl 1 fincan içilə bilər.