Bakıda azyaşlı uşaq altıncı mərtəbədən yıxılıb.
Hadisə Xətai rayonu, Gəncə prospekti, ev 65-də baş verib.
Həmin binanın altıncı mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Tahir Yolçuyev eyvandan yıxılıb.
T.Yolçuyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.