Vəhhabilərin İranda törətmək istədikləri böyük terror aktınınqarşısı alındı

0
5

İran hökuməti Tehranda çox böyük terror aktının qarşısının alındığını açıqlayıb.

Bu barədə İranın dövlət televiziyası Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinə istinadən xəbər yayıb. Xəbərə əsasən ölkənin paytaxtında və vilayətlərində bir neçə partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb. Xüsusi əməliyyat zamanı partlayıcı vasitə və döyüş sursatları aşkar edilib.

Nazirlik tutulanların kimliyini açıqlamasa da, onların radikal islamçıların adlandırıldığı kimi, “takfirçilər” olduğunu bildirib. (APA)