Azərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərlik fəaliyyət göstərəcək.
Çimərlik Sumqayıt ərazisində fəaliyyət göstərəcək.
Sayt bildirir ki, bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan çimərliyə kişilərin girişinə qadağa qoyulacaq. Çimərliydə nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək.