Bakıda uşaq faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Rayon sakini azyaşlı Aylin Səfərova evlərinin (3-cü mərtəbə) pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Saatlı rayonunda da bədbəxt hadisə baş verib. Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb.