Ağcaqanadları evdən qovmağın təbii üsulları

0
4

Yayın gəlişi ilə zəhlətökən ağcaqanadlar hər kəsi bezdirməyə başlayıb.

Qanımızı soran bu həşəratları evdən qovmaq üçün müxtəlif üsullara əl atırıq. Satışdakı müxtəlif maye və maye üsullu naqilə birləşdirmə dərmanları var. Lakin heç kimə sirr deyil ki, bu dərmanların tərkibini kimyəvi maddələr təşkil edir. Bu, isə həm otağın havasını zəhərləyir, həm də bizim zəhərli oksigeni qəbul etməyimizə səbəb olur. Belə dərmanlar xüsusilə körpə uşaqlar üçün lap çox zərərlidir.

Ağcaqanadlar da elə bizim kimi, bəzi ətirlərə həssaslıqla yanaşır. Amma bizdən fərqli olaraq, onlar bəzi xoş ətirli bitkilərə qarşı reyhanı, evkalipt, mixək və lavandaya dözə bilmir.

Ağcaqanadları evdən təbii yolla uzaqlaşdıran üsulları təqdim edirik:

– Tünd rəng paltar geyinməyin. Ağcaqanadlar əsasən tünd rəngləri hədəf kimi görür.

– Kaliumlu yeməklərdən və duzlu qidalardan uzaq durun. Çünki laktik turşular ağcaqanadları özünə çəkir.

– Tez tərləyən insanlar ağcaqanadların “hücumuna” daha tez məruz qalır.

– Milçəklər lavanda yağı, mixək və portağal qabığı qoxusunu xoşlamır. Su ilə doldurulmuş sprey şüşəsinin içinə bir neçə damcı lavanda əsaslı yağı, mixək və portağal qabığı töküb evə suyu sıxın.

– Evin bəzi otaqlarına içi mixəklə doldurulmuş kətan kisəciklər asın. Mixəyin qoxusu milçək və ağcaqanadları evdən uzaqlaşdıracaq.

– Təzə reyhan qoxusu da ağcaqanadları ürküdür. Evin müxtəlif yerlərinə bir neçə reyhan bitkisi yerləşdirməklə onları uzaqlaşdıra  bilərsiniz.

– Nanə yağı, çay ağacı yağı, okaliptusu su qarışdırıb təbii sprey hazırlayın. Bu da ağcaqanadları qovmaq üçün effektli üsuldur.

– Sarımsaq, rozmarin, məxmərək gülü də ağcaqanadları evdən uzaqlaşdırır. Kəskin iyə malik olan bu bitkiləri eyvanda qoymaq lazımdır.

– Rahat yatmaq istəyirsinizsə, vanil yağını yatmazdan əvvəl nəbz nöqtələrinə sürtün.