“Əli və Nino” kitab mağazaları şəbəsində iyun ayının ən çox satılan kitabları müəyyən edilib.
Belə ki, yazıçı-psixoloq Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” kitabı may ayında olduğu kimi, bu ay da ən çox satılan kitab olub.
Qeyd edək ki, adı çəkilən kitab mağazasında yerli müəllifin kitabı nadir hallarda ən çox satılanlar siyahısında olur. Siyahının növbəti pillələrində yeri Paulo Houkinsin “Qatardakı qız”, Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” kitabları yer alır.