Mursiyə ömürlük həbs cəzası verildi

0
3

Misirin Cinayət Məhkəməsi ölkənin devrilən prezidenti Məhəmməd Mursinin ömürlük azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Məlumata əsasən Mursi Qətərin xeyrinə casusluqda ittiham olunub.

Xatırladaq ki, Məhəmməd Məhəmməd Mursi 2012-ci ilin iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib.