Tanınmış aşıq Telli Borçalı sevgi məsələsi ilə gündəmdən düşmək bilmir. “10-dan sonra” verilişinə canlı bağlantı ilə qoşulan sənətçi yayılan xəbəri şayiə adlandırıb:
“Yalan olar bu qədər də ağ yalan heç vaxt ola bilməz. Öz reytinqini qaldırmaq üçün belə xəbər yayıblar. Bakıda deyiləm amma, qayıdanda necə lazımdırsa onlarla görüşəcəm. Ölməmişəm niyə mənimlə dəqiqləşdirmədən yazırlar? Düşmənçiliklə yazılıb. Bir adama salam verib, peşman olursan. Ayıbdır vallah. Yazıblar ki, bizə elçi gəlmək istəyiblər guya mən onları hədələmişəm. Orucluq ayına and olsun ki, belə şey ola bilməz”.
Xatırladaq ki, olke.az saytının yayımladığı xəbərə görə, Aşıq Telli Borçalının özündən 17 yaş kiçik sevgilisi ortaya çıxıb. Telli Borçalı “Xalq ulduzu” müsabiqəsinin laureatlarından olan Ariz Hüseynovla 3 ildir ki, sevgi münasibəti yaşayır.