Prezident İlham Əliyev bu gün Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın tərkibi Azərbaycan tərəfindən aşağıdakı formada təsdiq edilib:
Komissiyanın həmsədri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri:
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Seyfəddin Talıbov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elşad Nəsirov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Tofiq Abdullayev – Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Xarici İşlər Nazirliyinə komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Qətər tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.