Türkiyənin Niyde şəhərində 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilənəticələnən qanlı terroraktı törədənİŞİD üzvlərinin məhkəməsi keçirilib.2014-cü il martın 20-də baş verən və İŞİD-in Türkiyədə ilk qanlı terror aktı olan bu hadisəyə görə 4 nəfər həbs olunub, 9 nəfər isə şübhəli şəxs qismində dindirilib.
İttiham olunanların arasında azərbaycanlı Fuad Mövsümov da var.
Məhkəmə qərarı ilə “Mən heç kimi öldürməmişəm, həmin vaxt uşaq idim” deyərək özünü təmizə çıxarmağa çalışan İŞİD üzvü Benyamin Xu 179 il, 6 ay və 225 min TL, Çendirim Ramadani 174 il 6 ay və 225 min TL, Məhəmməd Zakiri 124 il 6 ay və 225 min TL, azərbaycanlı Fuad Mövsümov isə 13 il 9 ay həbs cəzası alıblar.
Fuad Mövsümov terror qruplaşmasına üzv olma və rəsmi sənədlərdə saxtakarlıq etmə maddələri ilə ittiham olunub. O, barəsində qaldırılan ittihamları qəbul etməyərək bildirib ki, günahsız insana cəza verməklə itirilən ədaləti bərpa etmək mümkün deyil.
Qeyd edək ki, İŞİD-in Türkiyədə ilk qanlı terror aktı 2014-cü il martın 20-də baş verib. Benyamin Xu, Çendirim Ramadani, Məhəmməd Zakiri Ulukışla-Adana yolunda taksi saxlamaq istəyən təhlükəsizlik əməkdaşlarına avtomatdan atəş açıblar. Bu zaman terrorçular polis nəfərləri Adil Kozanoğlu və Adəm Çobanı güllələyərək öldürüb, 7 əsgər və avtobusdakı 1 nəfəri yaralayıblar. Sonra ələ keçirdikləri yük maşınının sürücüsü Turan Yaşarı da öldürərək qaçıblar. Terrorçuların ikisi xəstəxanada, digəri isə Köşkönü kəndində yaxalanıb.