Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi yerə enməyə məcbur olub.
Bu gün saat 14:50-də Bakıdan havaya qalxın təyyarə pis hava şəraitinə görə Naxçıvanda yerə enə bilməyib. Təyyarə Bakıya geri qayıtmalı olub. Buna səbəb ildırım çaxması olub.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, sərnişinlər Naxçıvana hava şəraitindən asılı olaraq yola salınacaq.