Qazaxıstanda terror törədənlərə təlimat Suriyadan verilibmiş

0
4

Aktobedə terror törədənlər Suriya ərazisindən təlimat alıb.

Virtualaz.org bildirir ki, bunu Qazaxıstan DİN rəhbəri Kalmuxanbet Kasımov deyib.

“Təbii ki, onlar hazırlaşmışdılar… təşkilatçılar… belə hesab edirəm ki, Suriyadandılar. Düşünürəm ki, istintaq sonda bunu sübut edəcək”, – deyə nazir bildirib.

Xatırladaq ki, ondan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.