Son 20 il ərzində bütün dünyada dəniz və ya quru yolla təhlükəsiz ərazilərə keçməyə cəhd edərkən 60 mindən çox mühacir həlak olub və ya itkin düşüb. Bu barədə məlumatlar Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məruzəsində yer alıb.
Azərtac xəbər verir ki, “Ölüm səyahəti: həlak olmuş və ya itkin düşmüş mühacirlərin müəyyən olunması və izlənməsi” adlı məruzə 1996-cı ildən indiyədək miqrasiya ilə bağlı vəziyyəti qiymətləndirir.
Təşkilatın məlumatına əsasən, 2015-ci ildə təhlükəsiz ərazilərə keçməyə cəhd göstərən 5,4 min mühacir həlak olub və ya itkin düşüb. Bu il isə Avropaya üz tutan hər 23 qaçqından biri həyatını itirir. Ölümlə nəticələnən faciələrin 80 faizi mühacirlər Aralıq dənizindən keçərkən baş verir.