Türkiyəli müğənni Sibel Can oğlu Engincan Urala sürpriz hazırlayıb.
Müğənni İstanbulun prestijli yerlərindən birində oğluna ev alır. Uşaqlıqdan “Doğan Apartman”dakı evlərə heyran olduğunu bildirən Uralın arzusunu anası çin etmək istəyir. O, tarixi binada övladı üçün uyğun mənzil axtarır. S.Canın oğluna ev hədiyyəsinin səbəbi, Uralın bu il məzun olmasıdır. O, Miami Universitetinin İnvestisiya Məsləhəti fakültəsini fərqlənmə ilə bitirib.
Qeyd edək ki, sözügedən binadakı evlərin qiyməti 1 milyon 500 min dollardan başlayır və 3 milyona kimi davam edir. Sözügedən binada Okan Bayülgen, Teoman, Şener Şen və Tarkanın da mənzillərinin olduğu bildirilir.