Bu gün Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.
Səkkizinci günün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:29-a təyin olunub.
İmsak vaxtının duası:
“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.
Tərcüməsi: “İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.