Gələn il İran-Azərbaycan müştərək bankı fəaliyyətə başlayacaq.
Bunu İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf deyib.
“Həm İran prezidenti Həsən Ruhaninin Azərbaycana, həm də Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri zamanı iki ölkə arasında bank sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün razılıqlar əldə olunub. Bundan başqa, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Tehrana son səfəri zamanı olduqca konstruktiv danışıqlar aparıldı. Mən iki ölkənin bank sahəsində əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirirəm. Ehtimal olunur ki, gələn il İran-Azərbaycan müştərək bankı fəaliyyətə başlayacaq”, – deyə, V. Seyf qeyd edib.
O əlavə edib ki, bank sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün olduqca önəmlidir.
APA