Alişandan Çağlaya 6 minlik hədiyyə

0
3
Müğənni Alişan “Ölümsüz aşklar” klipində rol alan model Çağla Şikelə hədiyyə verib.

Axşam.az-ın xəbərinə görə, klip üçün Alişan Çağladan nə qədər qonorar istədiyini soruşub. Amma model dostundan pul istəmədiyini bildirib.

Alişan Şikel üçün məşhur “Louis Vuitton” brendinin çantasını alıb. Çantanın qiyməti 6 min lirədir (təxminən 3 min manat).

Qeyd edək ki, Çağla 19 illik sənət həyatında yalnız Çelikin klipinə çəkilib. 2000-ci ildə Alişan Şikelə “Ah yar” klipində çəkilməyi təklif etsə də, model razılaşmamışdı.