Yay mövsümünün ən dadlı meyvələrindən olan əriyin faydaları nələrdir? Hansı xəstəliklərə yaxşı təsir edir? Ərikdən dərini gözəlləşdirmək üçün istifadə etmək olarmı? Sizə əriyin faydalarını təqdim edirik.
– Ərik xüsusilə qadınlar üçün faydalı hesab edilir. Çünki xanımların dərisinə, həzm sisteminə və ruh sağlamlığına müsbət təsir edir.
– Bu meyvə həzmi asanlaşdırır. Çoxlu lif ehtiva etdiyi üçün qəbizlikdən əziyyət çəkənlərə kömək olur. Hər səhər ac qarına 2 ədəd ərik yeyib, üstündən bir stəkan su içmək həzm sisteminə yaxşı təsir edir.
– Ərik ürək xəstəliklərinin qarşısını almağa qadirdir. Antioksidantlar baxımından olduqca zəngin olan bu meyvə damarları qoruyur, stressi azaldır.
– Bu dadlı meyvə göz sağlamlığı üçün də faydalıdır.
– Ərik dəmirlə zəngindir. Onun 100 qramı 6 mg dəmir ehtiva edir. Buna görə də, dəmir çatışmazlığı səbəbilə meydana gələn bütün xəstəliklərə çarə olur.
– Baş ağrısından xilas olmaq üçün də ərikdən faydalana bilərsiniz. Ərik miqren ağrılarını azaldır.
– İnkişaf dövründəki uşaqlar çoxlu ərik yeməlidirlər. Bu onların inkişafını dəstəkləyir.
– Bu meyvə sayəsində qüsursuz dəriyə qovuşmaq mümkündür. Ərik eqzamaya yaxşı təsir edir.
– Ərikdən hazırlaya biləcəyiniz üz maskaları dərinin elastikliyini bərpa edib daha gənc görünməyinizə səbəb olar.