Bu gün axşam saatlarında Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən AzərTAc-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:48-də Astaradan 48 km şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,8 bal, episentri isə 32 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss edilməyib.