Sürətli bir şəkildə arıqlamaq üçün 3 günlük xiyar pəhrizinı sınayın

0
20

Əgər sürətli bir şəkildə kilo vermək istəyirsinizsə, Qadin.az sizə 3 günlük xiyar pəhrizi təqdim edir.

Bu pəhriz proqramını 3 gün tətbiq edirsiniz və təxminən günə 1 və ya yarım kilo arıqlamaq mümkündür. Əgər pəhrizi təkrar tətbiq etmək istəyirsinizsə, 10 gün ara verib yenidən tətbiq edə bilərsiniz.
1-ci Gün:

Səhər: 1 stəkan bal və limon ilə qarışdırılmış ilıq su, 2 kiçik dilimyağsız pendir, və 2 ədəd xiyar.

Ara yemək: 1 stəkan ayran və 2 ədəd xiyar.

Günorta: 1 disert qaşığı zəncəfillə birlikdə 1 kasa yağsız qatıq, 3 dilim pörtmüş balqabaq.

Ara yemək: 3 ədəd qoz və 3 ədəd xiyar.

Ara yemək 2: 1 ədəd yaşıl alma

Axşam: 4-5 qaşıq düyü plovu və 1 pay zeytunyağlı balqabaq.

Ara yemək: 2 ədəd xiyar (Yatmazdan 2 saat əvvəl)

2-ci Gün:

Səhər: 1 stəkan bal və limon ilə qarışdırılmış ilıq su, 2 kiçik dilim yağsız pendir və 2 ədəd xiyar.
Ara yemək:  4 dənə çiyələk və 1 dənə kivi.
Günorta: 1 dilim çovdar çörəyi və 1 pay az yağlı qiymə balqabaq yeməyi.
Ara yemək:  2 ədəd qoz və 1 stəkan az yağlı keçi südü
Axşam: 3 ədəd yumurtanın ağından hazırlanmış omlet, 2 dənə xiyar və 2 dənə yaşıl bibər.
Ara yemək:  2 dənə xiyar. (Yatmazdan 2 saat əvvəl)

 

 

3-cü gün:

Səhər: 1 stəkan bal və limon ilə qarışdırılmış ilıq su, 2 qaşıq kəsmik (az duzlu), 2 dənə xiyar.

Ara yemək: : 1 dənə yaşıl alma.

Günorta: 1 kiçik boşqab yaşıl mərci və 1 pay zeytinyağlı balqabaq.

Ara yemək:  1 stəkan zəncəfilli yağsız süd, 2 ədəd qoz və 2 ədəd xiyar.

Axşam: 1 kasa yağsız qatıq ilə hazırlanmiş ovdux-doğramac, 3 ədəd yumurtanın ağından düzəldilmiş bibərli omlet.

Ara yemək:  1 ovuc leblebi və 2 dənə xiyar. (Yatmazdan 2 saat əvvəl)

 

Qeyd: Bu pəhrizi edərək yalnız arıqlamayacaqsınız,həmçinin xiyar dərinizi mükəmməl dərəcədə yaxşılaşdıracaqdır. Sağlam bir dəri əldə etmiş olacaqsınız. Bunu da haşiyə olaraq qeyd etmək istədim.