Ramazan ayında insanları narahat edən problemlərdən biri də ağız qoxusudur.
Ağız qoxusundan xilas olmağın asan üsullarını təqdim edirik:
1. Dişinizi iftardan və imsakdan sonra mütləq fırçalayın. Daha sonra diş ipindən istifadə edin.
2. Dişlə yanaşı, dili də təmizləyə bilən xüsusi fırçalardan istifadə edin.
3. Soyuq qidalardan uzaq durun. Yeməyi də, suyu da ilıq halda qəbul etmək məsləhətdir.
4. Həddən artıq duzlu, ədviyyatlı qidalar yeməyin.
5. İftardan sonra yaşıl çay və ya cökə yarpağı çayı için.