“Dünya hakimiyyəti”- dünyanın idarə edən gizli təşkilatlar

0
3
on illərdə dünyada baş verən kataklizmlərin insanları ciddi narahat etməklə yanaşı bunun hansı ölkə və güclər tərəfindən həyata keçirildiyini düşünür. Bu kataklizmlərin yaranmasını hərə bir ölkəni və ya gücü ittiham edir və ona lənət yağdırır. Kimisi dünyanın aparıcı ölkələri olan ABŞ başda olmaqla Qərbi,  kimisi Rusiyanı, Çini, İsraili, İranı, Səudiyyə Ərəbistanını kimisi də terrorçu təşkilatları və sair.
Ancaq kimsənin ağlına gəlmir ki, bu kataklizmləri yaradan, dünyanın ən aparıcı dövlətlərinı belə öz nəzarətində saxlayan, onlara təsir edən və bu yolla dünyanı idarə edən daha ciddi qüvvələr mövcuddur.
Moderator.az oxuculara bu təşkilatlar haqqında məlumat verib. Hansı ki, bu gün bu gizli təşkilatlar özlərini dünyanın siyasi elitası hesab edir və dünyadakı düzəni tənzimləyirlər. Dünyada əsasən beş belə təşkilat mövcuddur.
Bilderberq klubu
Bilderberq klubu dünyada ən güclü gizli siyasi kunlardan biri hesab olunur və bu təşkilatın ildə bir dəfə toplantısını keçirilir.Toplanıt zamanı hər hansı protokol tərtib edilmir və jurnalistlər bu toplantılara buraxılmır.
 Bu toplantıya ancaq  şəxsi dəvət əsasında ola bilər ki, o zaman da toplantıda aparılan disskusiyalar barəsində kənarda danışmaq qadağan olunur. Bu məsləyə ciddi nəzarət olunur.  Məhz bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi gündən bu günədək klubun hər hansı müzakirə etdiyi məsələ haqqında ictiaiyyətin heç bir məlumatı olmayıb və gizli saxlanılıb.
Bu klubunbu ilki i 64-cü  qapalı toplantısı bu ilin 9-12 iyununda Almaniyanın Drezden şəhərində Taschenbergpalais otelində keçirilib.
Bu toplantıda  Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın, ABŞ-ım sabiq Dövlət katibi Henri Kissincerin, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq  şefi Devid Petreusun, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin  sabiq komandanı Filip Bridlavın, Britaniya  Mİ-6 kəşfiyyat orqanının sabiq rəhbəri Con Soersin iştirak etdiyi bildirilir.
Bohem klubu
Bu klubun ancaq kişi  üzvləri  1899-cu ildən başlayaraq hər il iyul ayında Kalforniyadakı “Bohemian  Grove” istirahət mrəkəzinə toplanırlar. Bu klubun sıralarında sabiq prezidentlər, tanınmış iş adamları, incəsənəd xadimləri, mediamaqnatlar yer alıb.
Beynəlxalq münasibətlər üzrə Şura
Bu özəl qurumdur və  Amerikada fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri  xarici siyasət məsələlərini araşdırmaqdır. Bu məqsədlə ayda iki dəfə Foreign Affairs jurnalını buraxırlar.
Bu qrumda beş minə yaxın adam çalışır ki, bunlar arasında yüksəkrütbəli məmurlar, iş adamları, jurnalistlər, media maqnatlar, tanınmış siyasilər yer alıb.
Bu təşkilat Amerikanın ən güclü beyin mərkəzi hesab olunur.
 
Üçtərəfli komissiya
Bu təşkilat isə 1973-cü ildəDevid Rokfeller tərəfindən  yaradılıb.Bu klubda əsasən Şimali Amerikadan, Qərbi Avropadan, Yaponiya və Cənubi Koreyadan  olan siyasilər, iş adamları, elm adamları fəaliyyət göstərirlər.
Bu Üçtərəfli komissiyanın əsas missiyası dünyanın inkişaf etmiş bölgələrinin daha sıx əməkdaşlığını təşkil etməkdir. Hansı ki,  bu inkişaf etmiş ölkələrin beynəlxalq münasibətlər sistemində ümumi liderlik öhdəlikləri var.
Keçmiş respublikaçı senator Barri Qolduotter  “Üzürsüz” kitabında təşkilatın fəaliyyəti haqqında danışaraq bildirib ki, biz dörd hakimiyyəti bir araya gətirmək  istəyirdik: “Siyasəti,  maliyyəni,  intelektual və dini hakimiyyyəti bir araya gətirmək istəyirdik ki, bununla da dünya iqtisadi gücünü formalaşdırıb siysi hakimiyyəti idarə edək.”
Enerji məsələləri üzrə işçi qrup (Commercial Energy Working Group)
Bu təşkilatın ABŞ-da güclü lobbi qrupu mövcuddur. Onların konkret olaraq kimin maraqlarını müdafiə etməsi ilə bağlı hər hansı bilgi yoxdur. Çünki onların nə saytları nə də ki, sosial şəbəkələrdə akkuantları mövcuddur.
Bu təşkilatın  əsasən Vaşinqtondakı “Sutherland Asbill & Brennan” hüquq firması vasitəsi ilə fəaliyyət göstərir.
Bu təşkilatın əsas fəaliyyəti dünyadakı enerji bazarındakı nəzarəti əldə saxlamaqdır. Ancaq bu təşkilatlara hansı transmilli enerji təşkilatların, mütəxəssislərin  adları bəlli deyil.
“Roma klubu”
Bu  beynəlxalq ictimai və analitik bir təşkilatdır və itanlyan sənayeçisi Aurelio Peççi tərəfindən yaradılıb. Bu təşkilat dünyada   biosferin öyrənilməsinə  və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini  verib.
Eyni zamanda  insanla təbiat arasında harmoniya nə yaradılması təbliğatında da müstəsna rol oynayıb.
Klubun əsas missiyası  dünyadakı qlobal problemlərə diqqət çəkmək və bununla bağlı hesabatlar hazırlamaqdır.
Bu məqsədlə klub genişmiqyaslı sosial-iqtisadi  sahəyə aid  tədqiqatlar aparırlar. Klubun hazırladığı nəzəri tədqiqatlar  müxtəlif elmi sahələrdə metodk tədqiqat əsəri kimi istifadə olunur.
Klubun ancaq yüz üzvü ola bilər. Klub üzvü eyni zamanda  hökumət üzvü, hər hansı ideologiyanın, siyasi qüvvənin və milli baxışın daşıyıcısı olmamalıdır.
“Komitet 300”
Artıq bir çoxları bu təşkilat haqqında çox eşidib və oxuyub da…
Bəzi məlumatlara görə, bu təşkilat 1897-ci ildən bəridir ki, dünyanı idarə edir. Təşkilatın əsas hədəfi dünyada  vahid hakimiyyət formalaşdırmaqdır. Bu təşkilatın tədqiqatları gizli laboratoriyalarda həyata keçirlir və orada hazırlanır.
Bu təşkilatı dünyanın ən tanınmış  siyasətçiləri daxildir. Corc Buşun, Devid Rokfellerin və digər  iri maliyyəçilərin bu təşkilatın üzvü olduğu bildirilir.
Bir çox mənbələr 1990-cı illərdə Rusiyada liberal-demokrat islahatların Boris Yelçin tərəfindən həyata keçirilməsi  məhz bu təşkilat tərəfindən verildiyi bildirilir.
 
Almaniya Marşal Fondu
Təşkilatın əsas hədəfi vahid, güclü Avropa formalaşdırmaqdır.