Litva, Latviya, Estoniya, Rumıniya və Bolqarıstan Avropa Birliyindən Gürcüstanla viza rejiminin ləğvini tələb edir.
Bu haqda məlumatı Litvanın Xarici İşlər Nazirliyi yayıb:
“Gürcüstanla viza rejiminin ləğvi məsələsinin həlli haqsız yerə ləngiyib. Sözügedən dövlətlər Avropa Birliyinin ən qısa zamanda Gürcüstanla viza rejimini ləğv edəcəyinə ümid edir”.
Xatırladaq ki, daha öncə Ukrayna, Kosova və Gürcüstanla viza rejiminin ləğvi məsələsinin sentyabr ayına qədər uzadıldığı haqda məlumat yayılmışdı.