İstanbulda törədilmiş partlayışa görə kürd yaraqlı qrupu məsuliyyəti üzərinə götürüb.
Qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) qanadı olan Kürdüstan Azadlıq Qırğıları (TAK) qruplaşması bildirib ki, iyunun 7-də hücumu o törədib. Həmin hücumda 11 nəfər həlak olub.
Hücum zamanı İstanbulun mərkəzində polis avtobusu hədəfə alınmışdı.
İyunun 10-da vebsaytına yerləşdirdiyi bəyanatda TAK bunun intiharçı hücumu olduğunu bildirib.