Qazaxıstan qarışdı: Aktobe şəhərində atışma –20-dən çox adam ziyan çəkdi, ölənlər var

0
6

Aktobedə günün ikinci yarısında başlanmış atışma nəticəsində 20-dən çox adam ziyan çəkib.

Strateq.az  bildirir: “Ziyan çəkənlər olduqca çoxdur. Dəqiq məlumat verilmir, bütün briqadalar məşğuldur. 20-dən çox yaralı var, ölənlər haqda heç nə deyilmir”.

Həmçinin məlum olub ki, ziyan çəkənlər içində dinc əhalidən də var. Onlar silah mağazalarının əməkdaşlarıdır və ilkin məlumata görə, həmin mağazalar qarət olunub. Qarətçilər şəhərin üç rayonunda mağazaları soyduqdan sonra hərbi hissədən girovlar götürüblər. Güc qurumları antiterror əməliyyatına başlayıb və şəhərin müəyyən hissələri mühasirəyə alınıb.

Qazaxıstan DİN rəsmi təmsilçisi Almas Sadubayev Tengrinews.kz-a bildirib:“Qarətçilərin hücumu nəticəsində “Pallada” mağazasının satıcısı yaralanıb. Hərbi hissəyə hücumu dəf edərkən bir zabit və bir hərbçi həlak olub, doqquz hərbçi yaralanıb”.

DİN-in məlumatına görə, hücumçulardan biri saxlanıb, üçü öldürülüb, biri yaralanıb.