Meyvə qabıqları ilə gözəlləşin

0
8

Mütəxəssislər bəzi meyvələrin qabıqlarının meyvənin özündən daha faydalı olduğunu deyirlər. Həmin meyvələrin qabığından gözəllik vasitəsi kimi istifadə etmək mümkündür.

Publika.az meyvə qabığından istifadə qaydalarını təqdim edir:

Saç tökülməsinə qarşı alma

Alma qabıqlarını qaynar suyun içinə tökün. 1 gecə saxlayıb, sonra süzün. Saçınızı adi qaydada şampunlayıb yuduqdan sonra alma qabıqlarından əldə etdiyiniz su ilə saçınızı yaxalayın. Yarım saat gözləyib, saçları adi su ilə təkrar yuyun.

Alma qabığı saç tökülməsinin qarşısını almaqla yanaşı, yeni saç tellərinin də çıxmasına səbəb olacaq. Həm də saçlarınızın daha sürətlə uzandığını hiss edəcəksiniz.

Sızanaqlara qarşı banan

Dərinizin rəngini açmaq, həmçinin sızanaqlardan xilas olmaq istəyirsinizsə, 1 ədəd dəyib qaralmış banan götürün. Onu yeməzdən öncə qabığını yaxşıca yuyun. Qabıqları qaynayan suyun içinə töküb 10 dəqiqə bişirin. Daha sonra əzib pure halına salın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözləyin. Daha sonra soyuq su ilə yuyub təmizləyin.