3 günlük detoksla ömrünüzü 3 il uzadın

0
6

Sağlam həyat üçün ömür boyu idman etmək və təbii qidalar yemək böyük əhəmiyyət daşıyır. Ancaq son aparılan araşdırmalar orqanizmə bir az şərait yaratdıqda onun özünü qısa zamanda bərpa edə bildiyini üzə çıxarıb.

Belə ki, siqaret çəkən və ya spirtli içkilərdən istifadə edənlər, həddən artıq yağlı, duzlu, yarimfabrikat qidalar yeyənlər 3 gün detoks edərək daxili orqanlarının vəziyyətini yaxşılaşdıra bilərlər.

3 gündə orqanizmi ən az 3 il gəncləşdirən detoks üsulunu təqdim edirik:

Səhər:

2 dilim ananas, 2 dilim portağal, 1 ədəd kivi və yarım almadan hazırlanan meyvə salatı və 5 ədəd badam

1 saat sonra

1 fincan bitki çayı

Günorta:

1 kasa tərəvəz şorbası, limon şirəsi əlavə edilmiş salat və 1 kasa qatıq

1 saat sonra

1 stəkan evdə hazırlanan limonad

Axşam:

1 kasa tərəvəz şorbası, limon şirəsi əlavə edilmiş salat və 1 kasa qatıq

1 saat sonra:

1 fincan bitki çayı