Ərəb iş adamı avtomobil nömrəsinə görə 5 milyon dollar ödəyib

0
6

Birləşmiş Ərəb Əmirliklərində iş adamlarından biri avtomobili üçün xüsusi dövlət nömrə nişanı üçün 5 milyon dollar ödəyib.

Virtualaz.org  xəbər verir ki, «1» nömrəsi hərracda satılıb və ilkin qiyməti 250 min dollar olub. İş adamı qiyməti 20 dəfə artıraraq nomrəni əldə etməsini hər zaman «nömrə 1» olmağı arzulaması ilə izah edib.

İndiyə qədər BƏƏ-də avtomobil nömrəsinə görə ödənilmiş rekord məbləğ isə 14 milyon 500 min dollardır. 2008-ci ildə iş adamı Səid Abdul Qafar Kuri xeyriyyə marafonu çərçivəsində elə həmin «1» nomrəsinə görə indikindən az qala 3 dəfə çox pul ödəmişdi.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə yol polisi mütəmadi olaraq xüsuysi nömrə nişanlarının satıldığı hərraclar təşkil edir. Belə hərraclardan əldə olunan qazanc xeyriyyəçiliyə sərf olunur.