İran generalı Vaşinqtonun hədlərinə cavab verib

0
4

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Tehranın  ABŞ-ın hərbi təhdidlərini qətiyyətli şəkildə cavablandırmağa hazır olduğunu bildirib.

Strateq.az xəbər verir ki, general Seyid Məsud Cəzairi ABŞ-da prezidentliyə namizədlərindən birinin “Amerika, lazım gələrsə, İran əleyhinə hərbi seçimdən istifadə edəcək” – deməsinə münasibət bildirib: “İran əleyhinə bütün seçimlərin masa üzərində olması ilə bağlı Amerikada səsləndirilən fikirlərin təbliğat xarakterli şoudan başqa bir şey olmadığına baxmayaraq, İran ABŞ-ın istənilən seçimini qətiyyətli şəkildə cavablandırmağa hazırdır”.

General Cəzairi əlavə edib ki, İran xalqı və silahlı qüvvələri müharibə istəmir. Amma bir an olsun belə, öz müdafiəsini gücləndirməkdən də yayınmır. Və ABŞ-ın hərbi təhdidlərinin gerçəkləşəcəyi təqdirdə, bu təhdidlərlə qarşılaşmağa hazırdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ABŞ prezidentinin Suriya və bu ölkədəki müharibə barədə səsləndirdiyi son fikirlərə də münasibət bildirib: “Amerikalılar Suriyada gedən müharibənin bir tərəfi olduqlarını və İŞİD terrorçularını ötən 6 ildə hərtərəfli şəkildə himayə etməklə Suriya xalqının bu vasitəçi müharibədən əziyyət çəkməsinə səbəb olduqlarını unudurlar”.