Minsk Qrupu bəyanat yaydı:Görüşlərin vaxtı açıqlandı…

0
4

“Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”.

Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin 31 may tarixində Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və 2 iyun tarixində Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir. (APA)

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndə ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini tərəflərin baxması üçün nazirlərə təqdim ediblər: “Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər”.