Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Bunu bu gün brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.
“İkitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağdakı durum diqqət mərkəzində olacaq”, – deyə o vurğulayıb.